Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO

Ermənilər bu dəfə muğamımıza göz tikdilər -  VİDEO
02 May 2024 18:07

Ermənilər bu dəfə muğamımıza göz tikiblər. Xalq artisti Siyavuş Kərimi deyib ki onlar muğam oxumağa başlayıblar. 

Bu barədə görüntülər "Xəbərin olsun" verilişində nümayiş olunub.

Siyavuş Kərimi bildirib ki, belə getsə ermənilər bizim aşıq musiqilərimizə də iddialı olacaqlar. Bu səbəbdən Azərbaycan musiqisi dünyada daha yaxşı təbliğ olunmalıdır. O bunun üçün xüsusi təşkilatın yaradılmasının vacib olduğunu deyib:

"Bir musiqiçi kimi bildirmək istəyirəm ki, onların arasında yaxşı musiqiçilər də var. Amma mən bunu indidən deyirəm. Vaxt gələcək onlar muğamın Ermənistana aid olduğunu iddia edəcəklər. Biz gərək tam ayıq olaq. Seygah, çahargah, şur da oxuyurlar. Biz çox diqqətli olmalıyıq.

Onlar hətta aşıq musiqisinə də müdaxilə edəcəklər. Azərbaycan musiqi mədəniyyətini dünyada təbliğ etmək üçün mütləq qastrolalrı və konsertləri təşkil edən bir təşkilat olmalıdır".

Ətraflı videoda:

VİDEO


Youtube kanalımız

Oxşar xəbərlər