ABŞ husilərə qarşı amansız olacaq - Heqset

ABŞ husilərə qarşı amansız olacaq - Heqset
00:03

ABŞ husilərə gəmilərə hücumu dayandırana qədər onlara hücum etməyə davam edəcək.


News365.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.


"Husilər “Gəmilərinizə atəş açmağı dayandırırıq, dronlarınıza atəş açmağı dayandırırıq" deyəndə bu kampaniya sona çatacaq, lakin o vaxta qədər amansız olacaq.


Söhbət bu kritik su yolunda hədəflərin atəşə tutulmasının dayandırılması və ABŞ-ın əsas milli maraqlarından biri olan naviqasiya azadlığının yenidən açılmasından gedir və İran çox uzun müddətdir husiləri dəstəkləyib. Onlar üçün daha yaxşı olar ki, geri çəkilsinlər",- o bildirib.


Husilər keçən həftə bildiriblər ki, İsrail Qəzzaya humanitar yardım daşıyan blokadanı qaldırmasa, Qırmızı dənizdən keçən İsrail gəmilərinə hücumları bərpa edəcəklər.


Sizin reklam burada
Sizin reklam burada