ABŞ-də qadın naməlum varlığı lentə aldı - VİDEO

ABŞ-də qadın naməlum varlığı lentə aldı - VİDEO
10 Apr 2025 14:35

ABŞ-də maraqlı hadisə baş verib. "Daily Mail"in yaydığı məlumata görə, amerikalı bir qadın qadın kamerasına düşən naməlum heyvandan qorxuya düşüb.


"Kolorado ştatının Pueblo şəhərindən olan Janay Linn qəribə məxluqu ilk dəfə bu həftənin əvvəlində evinin yaxınlığında gördüyünü söyləyib. Qadının sözlərinə görə, heyvan ondan qorxmayıb, sakitcə ona baxıb. Bu isə qadında xoşagəlməz hisslərə səbəb olub. Bir neçə gün sonra amerikalı qadın sirli heyvanı yenidən görüb və onu videoya çəkə bilib", - nəşr yazıb.

Yayılan kadrlarda qeyri-adi görünüşlü məxluqun həyətə qoyulmuş pişik yemi yeməsi aşkar görünür. Video sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilər arasında qızğın müzakirələrə səbəb olub. Bəziləri bunun Latın Amerikası folklorundan olan əfsanəvi çupakabra -mifik qansorucu vəhşi heyvan ola biləcəyini deyib.

Kolorado Vəhşi Təbiət Departamentinin rəsmiləri daha inandırıcı bir versiya təklif ediblər. Onlar belə hesab edirlər ki, videoya qoturluqdan əziyyət çəkən adi yenot düşə bilər.



Tural


Sizin reklam burada
Sizin reklam burada