ABŞ-də abort dəhşəti: Ayda 95 min uşaq "qurban verilib"

ABŞ-də abort dəhşəti: Ayda 95 min uşaq "qurban verilib"
10:50

Ailə Planlaşdırması Cəmiyyəti(Layihəsi) diqqət çəkən hesabat yayıb.  Hesabata görə, son illərdə ABŞ-də teletibb vasitəsilə verilən həblərin səbəb olduğu abortların sayı xeyli artıb. Son sorğu və araşdırmalara görə, ötən il ölkə üzrə təxminən 1,1 milyon abort (ayda təxminən 95 min) reallaşıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə ABŞ-da ayda 88.000 abort olub.

Hesablama abort qanunu ləğv edildikdən sonra başlayıb. Etika və İctimai Siyasət Mərkəzinin  (EPPC) araşdırmalarına görə, mifepristondan istifadə edərək abort etdirən qadınların 10,93 faizi 45 gün ərzində sepsis və qanaxma da daxil olmaqla ciddi fəsadlar yaşayıb.

Bundan əlavə, abort məsələləri üzrə ixtisaslaşmış "Planned Parenthood" da 2023-2024-cü illər üzrə illik hesabatını açıqlayıb və bu hesabatda rekord sayda abort qeydə alınıb: ortada 402 230 doğulmamış körpə var...

Tural


Sizin reklam burada
Sizin reklam burada