Abdolbari Gozalın oğlu "Azersun Holdinq"in rəhbəri oldu - FOTO

Abdolbari Gozalın oğlu "Azersun Holdinq"in rəhbəri oldu - FOTO
02 May 2025 19:57

"Azersun Holdinq"in Müşahidə Şurasına yeni sədr təyin edilib.

Bu vəzifəyə Əhməd Gozal gətirilib.

"Azersun Holdinq"in rəhbərliyinə gətirilən Əhməd Gozal 2006-cı ildə Bilkent Universitetinin Menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən o, "Azersun Holdinq"in idarə olunmasında fəal şəkildə iştirak etməyə başlayıb.

Şirkətlər qrupunun müxtəlif strukturlarında çalışdıqdan sonra, 2018-ci ildə "Azersun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Təftiş Komissiyasının sədri vəzifələrinə təyin edilib.

2022-ci ildən etibarən isə Əhməd Gozal Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Qeyd edək ki, bundan əvvəl "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gozal olub. O, bu ilin yanvar ayında vəfat edib.

Əhməd Gozal mərhum Abdolbari Gozalın oğludur.


Sizin reklam burada
Sizin reklam burada