82 yaşlı qadın kanalda boğularaq öldü

82 yaşlı qadın kanalda boğularaq öldü
22 Mar 2025 18:57

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib.


News365.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.


İmişli şəhər sakini 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada