71 yaşlı qadını maşın vurub öldürdü

71 yaşlı qadını maşın vurub öldürdü
11:31

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə martın 23-də axşam saat 20 radələrində qeydə alınıb.

Belə ki, Hamlet Yolçuyevin idarə etdiyi “KİA” markalı avtomobil yolu keçmək istəyən 71 yaşlı Samaya Hüseynovanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada