"7 ildir amnistiya olmur, həbsxanalar dolub-daşır" - Erməni deputat

"7 ildir amnistiya olmur, həbsxanalar dolub-daşır" - Erməni deputat
10:55

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan diqqət çəkən fikirlər səsləndirib. O, Facebook hesabında paylaşım edərək ölkəsindəki məhkəmə- hüquq problemlərinin pik həddə çatmasından gileylənib:  “Bir neçə gün əvvəl həbsdə olan iş adamı Samvel Karapetyan vəkilləri vasitəsilə məhkəmə sistemi, penitensiar müəssisələrdə saxlanılan şəxslərə və məhkumlara münasibətə toxunan yazı yaydı. Təbii ki, iş adamının cəzaçəkmə müəssisələrindəki insanların hüquqlarının müdafiəsi üçün xüsusi diqqət ayırmasını vacib hesab edirəm. Çünki hakimiyyətin özbaşınalığı nəticəsində bu iqtidarın hakimiyyəti dövründə çoxlu problemlər qeydə alınıb.

Ancaq xüsən də həbsxanada olanlardan və orada qohumları cəza çəkən şəxslərdən eşitdiyim başqa bir mühüm problem var.

7 ildir ki, ölkədə amnistiya yoxdur, penitensiar müəssisələr də xeyli yüklənir. Elə maddələr var ki, amnistiya bu maddələr üzrə həm həmin insanların normal həyata qaytarılması, həm də həbsxana yükünün azaldılması üçün tətbiq oluna bilər.

Bu hakimiyyət artıq həbsdə olan insanın hansı şəraitdə həbsxanaya düşməsindən, azad həyata qayıtmaq arzusunun nə olmasından asılı olmayaraq onun cəmiyyətə qayıtması məsələsinə önəm vermir”.

Tural


Sizin reklam burada
Sizin reklam burada