57 yaşlı kişi evində ölü tapıldı

57 yaşlı kişi evində ölü tapıldı
24 Mar 2025 18:15

Mingəçevirdə evdən kişi meyiti tapılıb.

News365.az xəbər verir ki, hadisə şəhər avtovağzalı yaxınlığında yerləşən köçkün şəhərciyində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1968-ci il təvəllüdü Allahverdi Quliyev olduğu müəyyən edilib. Onun bədənində zorakılıq əlaməti aşkarlanmayıb.

Qeyd edək ki, hadisə ölən şəxsin yaşadığı mənzildə baş verib.

Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada