Zaqatalada FACİƏ: 53 yaşlı qadın evində yanaraq öldü

Zaqatalada FACİƏ: 53 yaşlı qadın evində yanaraq öldü
23 Mar 2025 09:41

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan  birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.

09:12

Zaqatalada yanğın nəticəsində bir nəfər ölüb.

Hadisə Muxax kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yaşadığı evin yanması zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada