Stanford Universitetinin alimləri araşdırmalarında bədən kütləsi indeksinin 10% azalmasının 50 yaşdan yuxarı insanlarda böyrək hüceyrəli karsinomanın inkişaf ehtimalını 28% azaldığını aşkar ediblər.
News365.az xəbər verir ki, bu araşdırmanın nəticələri "Cancer" jurnalında yayımlanıb.
Tədqiqatda 204,364 nəfər iştirak edib və alimlər iştirakçıların 18, 35 və 50 yaşlarındakı sağlamlıq vəziyyətlərini və BKİ-ni izləyiblər. BKİ, bir insanın çəkisinin boyuna uyğunluğunu göstərən mühüm göstəricidir.
Araşdırma dövründə 1,425 böyrək xərçəngi hadisəsi qeydə alınıb. Təhlillər göstərib ki, artıq çəki bu xəstəliyin inkişafını sürətləndirir. Hər 5 ballıq artım böyrək hüceyrəli karsinoma və onun bütün növlərinin yaranma ehtimalını 10%-dən 40%-ə qədər artırır. Arıqlamaq isə bu riski azaltmağa kömək edir.
Alimlər hesablayıblar ki, 18-35 yaş arası gənclərdə BKİ-də hər 10 ballıq azalma böyrək xərçəngi riskini 21% azaldır. Lakin ən əhəmiyyətli nəticə 50 yaşdan yuxarı insanlarda müşahidə olunub, çünki bu yaş qrupunda 10% arıqlamaq böyrək hüceyrəli karsinomanın inkişaf riskini 28% azaldır.