495 kiloqramlıq kosmik gəmi Yerə düşdü

495 kiloqramlıq kosmik gəmi Yerə düşdü
15:02

1972-ci ildə Sovet İttifaqı tərəfindən Venera planetinə göndərilən "Kosmos-482" adlı kosmik aparat uzun illər orbitdə qaldıqdan sonra Yerə düşüb.

News365.az xəbər verir ki, bu barədə "Roskosmos" rəsmi məlumat yayıb.

Bildirilib ki, sözügedən aparat 2025-ci il mayın 10-da Hind okeanına düşüb. "Kosmos-482" ötən əsrin 70-ci illərində Venera missiyası çərçivəsində buraxılmışdı, lakin texniki səbəblərə görə planetə çata bilməmiş və orbitdə qalmışdı.


Sizin reklam burada
Sizin reklam burada