3,6 bal gücündə ZƏLZƏLƏ OLDU

3,6 bal gücündə ZƏLZƏLƏ OLDU
27 May 2025 11:50

Rusiyada zəlzələ olub. 

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi öz rəsmi saytında məlumat yayıb. 

Məlumata görə, Baykal gölünün sularında 3,6 bal gücündə zəlzələ qeydə alınıb. 

Mütəxəssislərin fikrincə, enerji sinfi 10,6 olan yeraltı təkan yerli vaxtla saat 08.55-də olub. 

Zəlzələnin episentri Baykal gölünün cənub hissəsində yerləşib. Ən yaxın yaşayış məntəqəsi İrkutsk vilayətinin Maloe Qoloustnoye kəndidir. 

Bildirilib ki, bu ərazidə sonuncu dəfə yanvarın 28-də zəlzələ olub. Sonra zəif intensivlikli zəlzələ İrkutsk , Ulan-Ude və digər məskunlaşan ərazilərə təsir edib.


Sizin reklam burada
Sizin reklam burada