35 ilin müəllimi məktəbə niyə buraxılmır? – Bir şikayətin izi ilə…

35 ilin müəllimi məktəbə niyə buraxılmır? –  Bir şikayətin izi ilə…
25 Apr 2024 14:36

35 il müəllim işləsə də,şagirdlərini,müəllim həmkarlarını görmək üçün getdiyi  doğma  məktəbə daxil olmağa icazə verməmək kimi yazı da varmış qədərində…

Müəllim işdən azad oluna bilər, ancaq onun gözünün nurunu verdiyi,saçını ağartdığı təhsil ocağına buraxılmaması isə  ən yumşaq halda biabırçılıq, ən səret şəkildə isə nadanlıqdır. Hadisənin baş verdiyi ünvansa.paytaxtın 285 saylı məktəbidir. 35 illik pedoqoji  fəaliyyətinin 20 ili bu məktəblə bağlıdı Təranə müəllimənin.  Məktəbə ötən il  direktor təyin olunmuş, Nuranə Yəhyəyeva tərəfindən qanunsuz olaraq işdən azad olunana qədər burda çalışıb o. 

Şikayətçi deyir ki, onun işdən azad olunmasına səbəb, direktor Nuranə Yəhyayevanın, məktəbin keçmiş direktoru ilə aralarında olan ədavəddir. Məktəbdə ibtidai sinif müəllimi  işləyən 64 yaşlı müəllimə işdən azad olunmazdan  öncə təzyiqlərə məruz qaldığınıda  söyləyir.Onunla bərabər daha bir müəllimənin  işdən azad edildiyini deyən  Təranə xanım  həmin şəxsin məhkəmə  yolu  ilə başqa məktəbdə işlə təmin olunduğunu,  ancaq özünün hələ də kənarda qaldığını da  söyləyir. 1 ildir ki, Elm və Təhsil Nazirliyi, BŞTİ və digər aidiyyatı qurumlara edilən çoxsaylı müraciətlər, sonda isə müəllimənin  köməyinə kimsənin çatmadığı da günümüzün gerçəyidir…

Məsələ ilə bağlı BŞTİ-dən News365.az bildirilib ki, Təranə Yusifova  2017-ci ildən, işdən azad olunduğu günə kimi, həmin məktəbdə günü  uzadılmış qrup rəhbəri kimi çalışıb:

“Ötən il qruplarda şagird sayının azlığını nəzərə alınaraq Təranə Yusifova ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib”. 

BŞTİ-dən o da bildirilib ki,  Təranə Yusifova digər məktəblərdə günüuzadılmış qrup rəhbəri kimi fəaliyyətini  davam etdirmək təklifini də qəbul etməyib”

“Hazırda məsələ ilə bağlı iş məhkəmə qaydasında araşdırılır”.

Rəşad Vəkiloğlu, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər