25 gün öncə yanan qadın xəstəxanada öldü

25 gün öncə yanan qadın xəstəxanada öldü
25 Yan 2025 09:16

25 gün öncə yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

  News365.az xəbər verir ki, hadisə 31 dekabr tarixində Sumqayıtın Kotec qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb. 

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq o bu gün xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada