2 ildir insanları aldadırmış - Milyonlarla insan elə bilirdi ki...

2 ildir insanları aldadırmış - Milyonlarla insan elə bilirdi ki...
16 Sen 2024 18:43

 Bu həftə dünyanın ən böyük sosial media trollarından biri yaşandı.

News365.az xəbər verir ki, milyonlarla izləyicisi olan "Nikocado Avocado" adlı YouTube kanalı çoxlu yemək yemə videoları ilə (mukbang) məşhur idi.

Çəkdiyi videolara görə, çoxlu yediyi üçün həmin oğlan normal çəkisindən 186 kq ağırlığa qədər qalxmış, hətta süni tənəffüs cihazı ilə yaşamağa başlamışdı.

Bu artıq izləyiciləri də narahat edirdi və onun dayanmasını, normal, sağlam həyata qayıtmağını istəyirdilər. Qaqaş isə "kökəlməyə" davam edirdi...

Kanalın keçən həftə paylaşdığı video isə izləyiciləri şoka saldı. Oğlan 113 kq arıqlayaraq əvvəlki çəkisinə qayıdıb. Sən demə 2 il əvvəl çoxlu videolar çəkib, stoklayıb və həmin videoları hər həftə paylaşmağa başlayıb. Bu müddət ərzində isə pəhrizə oturub 113 kq arıqlayıb. Qəşəng trollayıb hamını, avara.

İndi yenidən bu tip videolara davam edir. Yəqin yenə kökələcək, bu dəfə isə ölüm onu trollaya bilər.


Youtube kanalımız

Oxşar xəbərlər