180 min dollarlıq avtomobili OĞURLANDI- FOTO

180 min dollarlıq avtomobili OĞURLANDI- FOTO
11:40

Naməlum şəxslər ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, hazırda tanınmış ekspert, analitik və televiziya aparıcısı Şakil O'Nilın avtomobilini oğurlayıblar.

"Page Six" xəbər verir ki, "Range Rover" markalı avtomobil Atlantadan Luizianaya daşınarkən oğurlanıb.

Mövcud məlumata görə, nəqliyyat vasitəsinin təxmini dəyəri 180.000 dollardır. Oğruların nəqliyyat vasitəsinin daşınması ilə məşğul olan şirkətin veb saytını sındıraraq daşınma məlumatlarını dəyişdikləri güman edilir.


Sizin reklam burada
Sizin reklam burada