Bakıxanovun evi qəzalı vəziyyətə düşdü

Bakıxanovun evi qəzalı vəziyyətə düşdü
11:18

Yağan intensiv yağışlar tarixi abidələrə də zərər verib.

News365.az-ın məlumatına görə, görkəmli Azərbaycan şairi, yazıçısı və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun anadan olduğu ev hazırda qəzalı vəziyyətə düşüb.

Yağıntılar nəticəsində tikilinin bəzi hissələrində ciddi zədələnmələr yaranıb.

Sakinlər yaranmış vəziyyətdən narahatlıqlarını ifadə edib və aidiyyəti qurumları abidənin bərpası və qorunması istiqamətində tədbirlər görməyə çağırıblar.


Sizin reklam burada
Sizin reklam burada