AzTV-nin aparıcısına vəzifə verildi

AzTV-nin aparıcısına vəzifə verildi
10:14

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

News365.az xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AzTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə "Lider" TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.


Sizin reklam burada
Sizin reklam burada