"Qüds" korpusunun mühəndisi Mehdi Vəfai öldürüldü

"Qüds" korpusunun mühəndisi Mehdi Vəfai öldürüldü
11:32

srail Hərbi Hava Qüvvələri tərəfindən İranda "Qüds" qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfai öldürülüb.

News365.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə martın 31-də kəşfiyyat məlumatları əsasında Məhlat rayonunda endirilib:

“Nəticədə mühəndislik bölməsinin rəhbəri vəzifəsini tutan mühəndis Mehdi Vəfai öldürülüb. Korpusun mühəndislik bölməsinin rəhbəri kimi 20 illik fəaliyyəti ərzində Vəfai Livan və Suriya ərazilərində yeraltı layihələri irəli sürüb. Həmçinin o, Hizbullah təşkilatı və Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması səylərinə rəhbərlik edib. Eləcə də Livanda müasir silahların saxlanması üçün yeraltı infrastrukturun qurulması üzrə onlarla layihəni idarə edib”.


Sizin reklam burada
Sizin reklam burada