İran İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin Tehrana endirilən hava zərbələrindən birində həlak olduğu bildirilir.
News365.az xəbər verir ki, bu barədə "Al Hadath" televiziyası məlumat yayıb.
İran hakimiyyətindən bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Qulamhüseyn Möhsəni-Ejei 2021-ci ilin yayında İslam Respublikasının məhkəmə sisteminin rəhbəri təyin edilib. Onun 69 yaşı var. 2005-ci ildən 2009-cu ilə qədər ölkənin Kəşfiyyat və Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb.