Türkiyənin Muğla bölgəsinin Bodrum rayonu akvatoriyasında qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində azı 11 nəfər ölüb.
News365.az xəbər verir ki, bu barədə "Haber Global" informasiya yayıb.
Məlumata görə, 11 nəfərin meyiti sudan çıxarılıb, 21 miqrant isə xilas olunub.
Bölgədə hava və quru yolu ilə axtarış-xilasetmə əməliyyatları davam edir.