Bağışlanmış əmlakı geri almaq mümkündür?

Bağışlanmış əmlakı geri almaq mümkündür?
12:18

Valideyn evini və yaxud başqa mülkünü övladına bağışlayıbsa onu geri qaytarmaq hüququ var?

News365.az xəbər verir ki, vəkil Samir Qasımov bu suala cavab verib:

“Müəyyən hallarda bağışlanan əmlakı geri almaq olur. Əgər əmlak bağışlanan tərəf valideynə qarşı hər hansı bir ağır əxlaqsız hərək edibsə, və yaxud cinayət törədibsə, bağışlanan əmlakın məhkəmə vasitəsi ilə geri alınması münkündür. Bu halda övlad ləyaqətsiz vərəsə elan olunur. Əgər belə hallar əmələ gəlibsə, valideyn bir il ərzində bağışlanmanın ləğvi ilə əlaqədər iddia qaldıra bilər. Lakin bu iddialar sübuta yetirilməlidir. Əgər hər şey əsaslandırılsa, məhkəmə bağışlanmanı ləğv edə bilər.

Varisin ləyaqətsiz vərəsə elan olunması üçün heç bir əsas yoxdursa, valideyn sadəcə olaraq fikrini dəyişdirdiyini deyib əmlakı geri ala bilməz. Çünki əmlak bağışlandıqdan sonra ata və yaxud ana onun üzərindəki mülkiyyət hüququnu itirir”.


Sizin reklam burada
Sizin reklam burada