İşçiləri daşıyan yük maşını aşdı - ölü və yaralılar var

İşçiləri daşıyan yük maşını aşdı - ölü və yaralılar var
02 May 2025 11:16

Misirin Alameyn şəhərində ağır yol qəzası baş verib. 

News365.az xarici mediaya istinadən bildirir ki, işçiləri daşıyan yük maşını aşaraq 7 nəfərin ölümünə9 nəfərin isə yaralanmasına səbəb olub.

Hadisə sürücünün yüksək sürət səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib. Qəza zamanı maşında olan şəxslərdən bir neçəsi hadisə yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.



Sizin reklam burada
Sizin reklam burada