1,1 bal gücündə zəlzələ BU ŞƏHƏRİN sakinlərini küçələrə tökdü

1,1 bal gücündə zəlzələ BU ŞƏHƏRİN sakinlərini küçələrə tökdü
28 Dek 2024 17:22

Milad öncəsi Helsinkinin bir çox sakini qorxulu anlar yaşayıb.

News365.az xəbər verir ki, Kyapil ərazisində “güclü” silkələnmə barədə ardıcıl xəbərlər yayılıb.

Helsinki Universitetinin seysmoloqu Toni Veykkolannen bildirib ki, zəlzələ Rixter cədvəli üzrə 1,1 bal gücündə olub - bu, Helsinkidə indiyə qədər qeydə alınan ən güclü zəlzələ olub.

Veykkolannen qeyd edib ki, vətəndaşların verdiyi zəlzələ xəbərləri Vallila, Kapala və Haaqa kimi ərazilərdən gəlib. Yerli vaxtla saat 18:30 radələrində zəlzələ bir dəqiqədən az davam edib.

Zəlzələnin episentri Makelankatu və Koskelantye küçələrinin kəsişməsinə yaxın olan Kapyla Olimpiya kəndində olub.
 


Youtube kanalımız