Müğənni aktrisa Məleykə Əsədova baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib. Aktrisa, hadisəni Allahın möcüzəsi adlandıraraq, bu qəza nəticəsində xilas olan insanların həyatda qalmasını Allahın iradəsi ilə əlaqələndirib:
“Allahu-əkbər deyə-deyə, nə qədər Allah da onu görürdü, düşdü ayağı ilə. Bu, möcüzədir! Deməli, Allahın əlini görürük. Mən çox-çox bağlıyam və qismətə, həyata çox inanıram. Bu, bir reallıqdır – deməli, onun ölmək vaxtı çatmayıb.”
Məleykə Əsədova hadisə zamanı kapitanın və ekipaj üzvlərinin peşəkarlığını da xüsusi vurğulayıb:
“Kapitanımızın, İgor və Aleksandrın mükəmməl işinin nəticəsi oldu ki, 32 nəfər xilas oldu. Bu, onların peşəkarlığı idi və çox şükürlər olsun ki, böyük bir faciənin qarşısı alındı.”
Aktrisanın açıqlaması, qəza nəticəsində xilas olanlar və onların ailələri üçün təsəlli olaraq geniş rezonans doğurub.