Aktau yaxınlığındakı təyyarə qəzası nəticəsində həlak olan üç nəfər Qazaxıstanda dəfn edilib

Aktau yaxınlığındakı təyyarə qəzası nəticəsində həlak olan üç nəfər Qazaxıstanda dəfn edilib
29 Dek 2024 17:59

"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan üç Qazaxıstan vətəndaşı Astana və Kostanayda dəfn edilib.

Qazaxıstan bürosunun məlumatına görə, Gauhar Şaymerdenova və onun 11 yaşlı oğlu Eldar Jukmaqat bu gün Astanada dəfn edilib.

Həmçinin Kostanayda 29 yaşlı Salima Cutayevanın da dəfn mərasimi keçirilib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Təyyarə qəzasında 6 Qazaxıstan vətəndaşı həlak olub.


Youtube kanalımız