Nazir: 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb

Nazir: 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb
10:53

Ötən il istehsalatla baş verən 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb.

News365.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı məlumat verib.

Nazir qeyd edib ki, keçən il Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə 23 mindən çox ərizə və şikayət araşdırıb, 19,5 minə yaxın sorğunu cavablandırıb:

“Həmin müddətdə baş verən 2 052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb”.


Sizin reklam burada
Sizin reklam burada