Zurabyan: “Xalqın narazılığı partlayış həddinə çatıb“

Zurabyan:  “Xalqın narazılığı partlayış həddinə çatıb“
25 Apr 2024 13:04

"Baş nazirin həyat yoldaşı Anna Akopyanla bağlı Çiçernakaberd memorial kompleksində baş verən insident Ermənistanda daxili vəziyyətin partlayış həddinə gəlməsini sübut edir".

News365.az xəbər verir ki, bunu Ermənistan Milli Konqresi partiyasının sədr müavini, politoloq Levon Zurabyan  24TV-nin efirində deyib.

"İnsident hakimiyyətin yürütdüyü siyasətlə bağlı etirazın təkcə siyasiləşmiş dairələr arasında deyil, sadə insanlar arasında da formalaşdığını göstərdi. Bu, həqiqətən də ciddi göstəricidir. Lakin çox güman ki, indiki hakimiyyətə məlum narazılıqlara reaksiya verməyəcək", - siyasətçi qeyd edib.

Xatırladaq ki, dünən Anna Akopyan qızı ilə birlikdə Çiçernakaberdi (Uydurma “soyqırımı” abidəsinin olduğu məkan-red.) ziyarət edərkən arzuolunmaz halla rastlaşıb. Əbədi məşəl önündə Akopyanı görən insanlar “Nikol erməni deyil, türkdür”, “Nikol, soyqırım”, “Nikol, satqın”, “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndirərək qışqır-bağır salıblar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər