"Zəngəzur dəhlizi sülh prosesinin mühüm tərkib hissəsidir"- Üzeyir Cəfərov

"Zəngəzur dəhlizi sülh prosesinin mühüm tərkib hissəsidir"- Üzeyir Cəfərov
17 Apr 2025 14:25

"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konkret, praktiki addımlar atmaqdan yayınır. Onlar bu dəhlizin Azərbaycana istifadəyə verilməsi məsələsində tələsmirlər. Halbuki bu, sülh prosesinin mühüm tərkib hissəsidir."

Hərbi ekspert Üzeyir Cəfərov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Artıq bu ilin mart ayında tərəflər arasında müəyyən irəliləyiş müşahidə olunurdu. Bildiyimiz kimi, mart ayından əvvəl 17 bənd üzrə razılıq əldə olunmuşdu. Lakin Azərbaycanın əsas şərtləri hələ də yerinə yetirilməyib. Burada xüsusilə iki vacib məsələ önə çıxır: Afetimiz Qrupu ilə bağlı məsələlər və Ermənistan Konstitusiyasının yenilənməsi.

Paşinyan parlamentdəki son çıxışında da qeyd etdi ki, Ermənistan Konstitusiyasının preambulasına istinad edilməməlidir. Bu isə o deməkdir ki, sülh müqaviləsi imzalanmalı, digər məsələlər isə mərhələli şəkildə həll olunmalıdır. Bu kontekstdə Paşinyanın Xarici Siyasət İdarəsinin rəhbəri Ararat Mirzoyan da maraqlı açıqlamalar verdi. Onlar məsələyə belə yanaşırlar ki, əvvəlcə sülh müqaviləsi imzalansın, sonra digər məsələlərə baxılsın.

Ancaq bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Çünki bu, Ermənistanın məsələyə qeyri-ciddi yanaşmasının növbəti nümunəsidir. Azərbaycanın şərtləri qüvvəsində qalır və biz bu şərtlər yerinə yetirilmədən hər hansı razılaşmanın mümkün olmadığını dəfələrlə bildirmişik.

Paşinyanın parlamentdəki çıxışından sonra həftəsonu Məqriyə etdiyi səfər əsasən iqtisadi məsələlərlə bağlı idi. Lakin erməni sosial media seqmentində gedən müzakirələrə əsasən, bu səfərin fonunda Ermənistan ordusunun müəyyən ərazilərdən geri çəkilməsi məsələsi də müzakirə olunur. Burada söhbət təxminən 500 metr məsafədən geri çəkilmədən gedir.

Eyni zamanda görürük ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konkret, praktiki addımlar atmaqdan yayınır. Onlar bu dəhlizin Azərbaycana istifadəyə verilməsi məsələsində tələsmirlər. Halbuki bu, sülh prosesinin mühüm tərkib hissəsidir."


Sizin reklam burada
Sizin reklam burada