İsrail İranla münaqişənin həllində Rusiyanın vasitəçilik təklifini rədd edib.
News365.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Hazırda biz ən azı İsrail tərəfindən hər hansı vasitəçilik xidmətlərinə ehtiyac və ya ümumiyyətlə, sülh yolu ilə nizamlanma istəyi görmürük", - o bildirib.
Peskovun sözlərinə görə, regionda vəziyyət eskalasiya ssenarisi üzrə inkişaf edir və tamamilə gözlənilməz olaraq qalır.