Tramp: İran səması tam nəzarətimizdədir

Tramp: İran səması tam nəzarətimizdədir
17 İyn 2025 21:15

İsrail İranın hava məkanında tam hərbi üstünlük əldə edib.

News365.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz indi İran üzərindəki hava məkanına tam nəzarət edirik”, - deyə o bildirib.

Ağ Ev rəhbəri təfərrüatı açıqlamayıb.

Amerika lideri həmçinin qeyd edib ki, İslam Respublikası böyük həcmdə hərbi texnikaya malikdir. Lakin qeyd edib ki, ABŞ-ın istehsal etdiyi silahlarla müqayisə edilə bilməz.


Sizin reklam burada
Sizin reklam burada