Belçika hakimiyyəti Senatı ləğv etmək qərarına gəlib

Belçika hakimiyyəti Senatı ləğv etmək qərarına gəlib
17 İyn 2025 18:30

Belçika parlamenti tezliklə birpalatalı ola bilər.

News365.az xəbər verir ki, Krallığın hakimiyyəti bütün səlahiyyətlərini Nümayəndələr Palatasına verərək, Senatı ləğv etmək niyyətindədir. 

Bu fikir uzun müddətdir ki, gündəmdədir, lakin baş nazir Bart de Vever bütün koalisiya tərəfdaşlarının razılığını almalı idi və buna yalnız indi nail ola bilib. 

Lakin onun bu məsələdə müxalifətin də dəstəyini alması lazımdır. Senatın ləğvi üçün bu təklif deputatların üçdə ikisi tərəfindən dəstəklənməlidir.

Bununla belə, artıq bəzi müxalifət nümayəndələri parlament islahatı ilə ümumilikdə razılaşdıqlarını, lakin hakim koalisiyanın detallarını və konkret təkliflərini öyrənmək lazım olduğunu bildiriblər.

"İndiki formada Senatın artıq heç bir əlavə dəyəri yoxdur", - deyə Ekoloji Yaşıllar Partiyasının nümayəndəsi Stefan Van Hekke bildirib.


Sizin reklam burada
Sizin reklam burada