Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinin binasına PUA ilə rəngli bağlama atılıb

Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinin binasına PUA ilə rəngli bağlama atılıb
17 İyn 2025 18:15

Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinin binasına pilotsuz uçuş aparatı vasitəsilə rəngli bağlama buraxılıb. 

News365.az xəbər verir ki, bu barədə həmin təmsilçiliyin “Teleqram” kanalında bildirilib. 

Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib:

“Bu olay son günlər İsveçdə yerləşən nümayəndəliklərimizə törədilən silsilə hücumların davamıdır. Sözügedən hadisələr diplomatik missiyalarımızın əməkdaşlarının həyatına təhlükə yaradır və onların əmlaklarına ziyan vurur”.


Sizin reklam burada
Sizin reklam burada