Ukrayna sülh müqaviləsinə həmişəkindən daha yaxındır.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenaki İrlandiyada bu ölkənin baş naziri Maykl Martinlə görüşdən sonra çıxışı zamanı bildirib.
"Nümayəndə heyətimiz gələcək danışıqları səbirsizliklə gözləyir. Biz indi sülhə həmişəkindən daha yaxınıq və şans var", - o deyib.
Dekabrın 2-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşner arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı görüş keçirilib.