Zelenski Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşdığını açıqlayıb

Zelenski Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşdığını açıqlayıb
20 Sen 2025 20:20

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə yeni hərbi əsir mübadiləsinə hazır olduqlarını açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə "Strana.ua" məlumat yayıb.

"Biz 1000 nəfəri götürmək istəyirik və siyahılar üzərində işləyirik", - deyə Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında yeni görüşün keçirilməsi ilə bağlı heç bir irəliləyiş yoxdur.

Xatırladaq ki, avqustun 24-də BƏƏ-nin vasitəçiliyi ilə ölkələr arasında 146-ya 146-lıq müqavilə əsasında əsir mübadiləsi aparılıb.


Sizin reklam burada
Sizin reklam burada