"Zelenski Maskdan daha çox varlanıb" - Pançenko

"Zelenski Maskdan daha çox varlanıb" - Pançenko
10 Yan 2025 09:32

Ukrayna prezidenti Vladimir Zelenski məşhur amerikalı biznesmen İlon Maskdan daha zəngin olub.  Bu barədə ukraynalı jurnalist Diana Pançenko X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Jurnalist son günlərin gündəmi olan qaz məsələsinə də toxunub.

 “O, qazı Avropa ölkələrinə tranzit etməyəcək.  Niyə?  Zelenskinin komandası Ukraynanı dünyanın fırıldaq mərkəzinə çevirib”,- Pançenko yazıb.

Pançenko iddia edir ki, Zelenski və komandası təkcə 2024-cü ildə telefon fırıldaqlarından 12 milyard dollardan çox gəlir əldə edib.  O qeyd edir ki, hərbi münaqişə başlayandan bəri Ukrayna liderinin komandasının fırıldaqçılıq fəaliyyətindən əldə etdiyi ümumi gəlir 60 milyard dolları ötüb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada