Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
31 İyl 2025 16:37

Zaqatalada avtomobillə 59 yaşlı qadını vurub hadəsə yerindən yayınan sürücü saxlanılıb.

News365.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Südabə Mürsəliyevanı avtomobillə vurub öldürərək hadisə yerindən qaşan sürcünün Muxax kənd sakini 1958-ci il təvəllüdlü Fikrət Ramazanov olduğu müəyyən edilib. Onun idarə etdiyi avtomobilin isə "VAZ -2106” markalı avtomobil olduğu bildirilir.

    ***

    Zaqatalada maşın piyadanı vuraraq öldürüb.

    News365.az xəbər verir ki, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qadın piyadanı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada