Tramp ilk dəfə Rusiyanı "aqressor" adlandırdı

Tramp ilk dəfə Rusiyanı "aqressor" adlandırdı
16:00

ABŞ prezidenti Donald Tramp ilk dəfə açıq şəkildə Rusiyanı Ukraynaya qarşı müharibədə "aqressor" adlandırıb.

News365.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

“Bu həftə hər iki tərəfdən 8000 əsgər həlak olub. Daha çox itki Rusiya tərəfindədir, lakin sən aqressor olanda, daha çox itki verirsən”, - Tramp jurnalistlərə verdiyi açıqlamada deyib.

Qeyd edək ki, Tramp daha əvvəl belə terminlər istifadə etməkdən çəkinib. Bu ilin fevralında Tramp administrasiyası Rusiya və Şimali Koreya ilə eyni mövqe sərgiləyərək, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən BMT qətnaməsinə qarşı çıxıb. ABŞ, həmçinin “Böyük Yeddilik” (G7) ölkələrinin Rusiyanı "aqressor" kimi tanıdığı bəyanatına da qarşı çıxıb.

Aprel ayında Tramp müharibə ilə bağlı belə bir açıqlama vermişdi: “Səndən 20 dəfə böyük bir ölkəyə qarşı müharibəyə başlayıb, sonra kiminsə sənə raket göndərəcəyinə ümid etmək düzgün deyil”.


Sizin reklam burada
Sizin reklam burada