Ukrayna hökuməti 2026-cı il üçün büdcə layihəsini təsdiqləyib

Ukrayna hökuməti 2026-cı il üçün büdcə layihəsini təsdiqləyib
15 Sen 2025 23:00

Ukraynanın Nazirlər Kabineti bazar ertəsi 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqləyib. 

News365.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Svırıdenko bildirib.

Onun sözlərinə görə, plana əsasən, ən çox vəsaitin müdafiə sektoruna ayrılması nəzərdə tutulur ki, bu da 2,8 trilyon qrivna (təxminən 68 milyard dollar) və ya ÜDM-in 27,2%-idir. Sözügedən məbləğ 2025-ci illə müqayisədə 168,6 milyard qrivna (4 milyard dollar) çoxdur.

"Biz Ukraynanın 2026-cı il dövlət büdcəsinin layihəsini qəbul etmişik və onu baxılmaq üçün Ali Radaya təqdim edirik. Büdcənin əsas prioriteti təhlükəsizlik və müdafiə, bizim sosial dayanıqlığımızdır. Hökumət bütün öz daxilolmalarını və borclarını müdafiə qüvvələrinə yönəldir", - Svırıdenko “Telegram” kanalında yazıb.


Sizin reklam burada
Sizin reklam burada