Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə baş tuta bilər.
News365.az xəbər verir ki, bunu Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
O həmçinin görüşlə bağlı tarixin hələ ki, müəyyən edilmədiyini bildirib.
Rubinyan bundan başqa sentyabrın 12-də İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin 6-cı görüşü zamanı əldə olunmuş razılaşmaların təfərrüatlarını da təqdim edəcəyini deyib.