Xankəndində yaralanan polis Bakıya gətirilib

Xankəndində yaralanan polis Bakıya gətirilib
14 Sen 2025 22:05

Bu gün Xankəndi şəhərində yaşayan erməni əsilli sakin Avanesyan Karen Albertoviçin açdığı atəş nəticəsində yaralanan polis əməkdaşı Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.

News365.az bildirir ki, yaralı polis əməkdaşına Bərdə Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərilib.

Daha sonra yaralı paytaxtda yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.


Sizin reklam burada
Sizin reklam burada