Şuşada külli miqdarda silah-sursat aşkarlanıb VİDEO

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb VİDEO
18:30

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.


Göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada