Hərbi təhsil müəssisələrində “Bilik günü” və andiçmə mərasimləri keçirilib

Hərbi təhsil müəssisələrində “Bilik günü” və andiçmə mərasimləri keçirilib
15 Sen 2025 21:15

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və Hərbi Tibb Fakültəsində (HTF) 15 sentyabr - “Bilik günü” qeyd olunub və gənc kursantların təntənəli andiçmə mərasimləri keçirilib. 

Bu haqda News365.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib. 

Bildirilib ki, tədbirlərdə xüsusi təyinatlı təhsil müəssisələrinin və Hərbi Tibb Fakültəsinin rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyəti iştirak edib. 

Əvvəlcə hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları önə çıxarılıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursantları 15 sentyabr - “Bilik günü” və Hərbi andı qəbul etmələri münasibətilə səmimi qəlbdən təbrik edib, gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı arzulayıb, nizam-intizamla xidmət etmələrini tövsiyə ediblər.

Yeni qəbul olunmuş heyət adından çıxış edən gənc kursantlar keçirilən tədbirlər münasibəti ilə şəxsi heyəti təbrik edərək onlara təhsillərində müvəffəqiyyət arzu edib və yaradılmış şəraitdən məmnunluqlarını bildiriblər.

Sonda kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib.


Sizin reklam burada
Sizin reklam burada