Yunanıstanda baş verən 48 meşə yanğınından 47-si nəzarət altına alınıb

Yunanıstanda baş verən 48 meşə yanğınından 47-si nəzarət altına alınıb
17 İyl 2024 22:18

Yunanıstanda son 24 saat ərzində baş verən 48 meşə yanğınından 47-si nəzarət altına alınıb.

Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində 48 meşə sahəsində yanğınlar baş verib.

Onlardan 47-si havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə nəzarətə götürülüb. Aharnes bölgəsində yaşayış məntəqələri yaxınlığında baş verən meşə yanğınına hava və quru müdaxiləsi davam edir.


Sizin reklam burada
Sizin reklam burada