Xalq deputatlarına rüşvət təklif etməkdə şübhəli bilinən və barəsində məhkəmə tərəfindən girov qətimkan tədbiri seçilmiş "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko üçün 33 milyon qrivna (təxminən 760 min dollar - red.) həcmində girovun tam məbləği ödənilib.
News365.az xəbər verir ki, bu barədə "Transparency International Ukraine" məlumat yayıb.
Bu vəsaitin bir hissəsi - 12 milyon qrivnadan çoxu (təxminən 278 350 dollar - red.) hələ yanvarın 20-də ödənilmişdi. Bu məbləğin 5 milyon qrivnasını (təxminən 116 000 dollar - red.) Sergey Vitaleviç Rabçuk, 8,65 milyon qrivnasını (təxminən 200 650 dollar - red.) isə Oksana Vladimirovna Fetisova ödəyib.
Xatırladaq ki, yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya orqanları Radanın deputatlarını rüşvətlə ələ almaq işi üzrə "Batkivşina" partiyasının Kiyevdəki ofisində axtarışlar aparıblar. Timoşenkoya qarşı qanunsuz mənfəət təklif etmə maddəsi ilə ittiham irəli sürülüb, onu beş ildən 10 ilə qədər həbs cəzası gözləyir.