Rusiyada maraqlı hadisə baş verib. Sibir nəqliyyat polisinin Telegramda yaydığı məlumata görə, Kuzbassda yerli sakin yük qatarına minərək ondan sərnişin nəqliyyatı kimi istifadə edib. Bununla bağlı yayılan kadrlarda qadının son anda qatarın altına düşməkdən qurtulması əks olunub.
"Hadisə Belovo stansiyasında baş verib. 41 yaşlı qadın Boçatı stansiyasında yük qatarının vaqonuna çıxaraq Belovoya gedib. Qatar ünvana çatan zaman “sərnişin” platformada enmək istəsə də, müvazinətini itirərək yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb.
Nəqliyyat polisi əməkdaşları qanun pozuntusunu törədən şəxsi saxlayıb və onu növbətçi məntəqəyə aparıblar”, – "Gazeta" sosial şəbəkələrdə müzakirələrə səbəb olan kadrlarla bağlı yazıb.
“Sərnişin” barəsində dəmir yolu nəqliyyatında davranış qaydalarını pozma maddəsi ilə protokol tərtib edilib. O, iki min rubl cərimə ödəməyə məcbur edilib.
Tural