YPG-dən Öcalanın çağırışına reaksiya bu cür oldu

YPG-dən Öcalanın çağırışına reaksiya bu cür oldu
16 Fev 2025 21:30

Qırmızı xəbərdarlıqla axtarılan terror təşkilatı YPG/PYD lideri Salih Müslüm Öcalanın çağırışından sonra Əl Ərəbiyyə kanalına açıqlama verib.

İlk açıqlamanı PKK-nın Suriya qolu YPG-nin lideri Salih Müslüm terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın silahları yerə qoyaraq təşkilatı ləğv etmək çağırışına cavab olaraq verib.

Qırmızı bülletenlə axtarılan terror təşkilatı YPG/PYD lideri Salih Müslüm "Əl Ərəbiyyə"yə açıqlamasında "Abdullah Öcalanın açıqlamaları ilə razıyıq. Siyasi qrup olaraq fəaliyyət göstərməyə icazə verilərsə, silahlarımızı yerə qoyuruq" deyib. 

Müslüm PKK-nın verdiyi qərara uyğun hərəkət edəcəklərini bildirib.

Terror təşkilatı YPG-nin mətbuat katibi Siyamend Eli MA-ya verdiyi şərhdə, "Bu çağırış Türkiyə xalqının və bölgədəki bütün xalqların sülhdə iştirak etməsinə və söz haqqına sahib olmasına səbəb olacaq" dedi.


Sizin reklam burada
Sizin reklam burada