Yermak: "Rusiya ilə münaqişə sabah da bitə bilər"

Yermak: "Rusiya ilə münaqişə sabah da bitə bilər"
15:42

Rusiya ilə Ukrayna arasında münaqişə sabah da bitə bilər. Bu barədə Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak Euronews telekanalına müsahibəsində bildirib.

Kiyev rəsmisi ABŞ-nin yeni prezidenti Donald Trampın vəziyyəti 24 saat ərzində həll edəcəyi ilə bağlı vədini şərh edərkən maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, dünyada heç kim münaqişənin nə vaxt bitəcəyini dəqiq bilmir.

“Əgər bu, Ukraynadan və bütün demokratik dünyadan asılı olsaydı, o zaman münaqişə sabah bitərdi”, - deyə Ukrayna prezidentinin aparatının rəhbəri fikrini yekunlaşdırıb.

Bundan öncə “The Washington Post” Respublikaçılar Partiyasının üzvünə istinadən yazmışdı ki, Tramp administrasiyasının bəzi rəsmiləri hesab edir ki, Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putinlə görüşsə, Moskva Ukraynadakı münaqişənin nizamlanması baxımından istədiyini əldə edəcək. Yəni, Vaşinqton “təslim olacaq”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural