Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə görüş konstruktiv başlayıb. Bu barədə o, Telegram kanalında yazıb.
"ABŞ komandası ilə görüş çox konstruktiv başladı, biz ədalətli və davamlı sülh əldə etməyə çalışırıq",- deyə o qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında danışıqlar başlayıb. Kiyevdən görüşdə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edir. Amerika nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir Mayk Vals başçılıq edir.
Tural